Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla"nın xalis mənfəəti bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalıb.
Operativ Media xəbər verir ki, bu barədə şirkət aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.
Müvafiq olaraq, ikinci rübdə şirkətin gəliri illik müqayisədə 12% azalaraq 22,5 milyard dollar olub. "Tesla" 2024-cü ilin ikinci rübündə 25,5 milyard dollar gəlir əldə edib.
Elektrik avtomobil istehsalçısının xalis mənfəəti ikinci rübdə illik müqayisədə 16 faiz azalaraq 1,2 milyard dollar təşkil edib. Keçən ilin eyni dövründə "Tesla"nın xalis mənfəəti 1,4 milyard dollar olub.
Şirkətin gəliri və mənfəəti bu ilin ikinci rübündə bazar gözləntilərindən aşağı düşüb.
Qeyd edilib ki, "Tesla" bu ilin ikinci rübündə dünya üzrə 410 244 avtomobil istehsal edib və 384 122 avtomobil tədarük edib. Şirkətin təhvil verdiyi avtomobillərin sayı isə 13 faiz azalıb.
Gözəl Azadəliyeva