AZ

FT: Rubio Trampı Rusiyaya qarşı daha sərt mövqe tutmağa inandırıb..

ABŞ-nin dövlət katibi Marko Rubio prezident Donald Trampı Çin, İran, Rusiya və Venesuelaya qarşı daha sərt xarici siyasət mövqeyi tutmağa inandıra bilib.

Poliqon xəbər verir ki, bu barədə Financial Times (FT) Rubbionun yaxın çevrəsindəki mənbələrə istinadla xəbər verir.

FT-nin yazdığına görə, Marko Rubbionun tənqidçiləri onu fürsətçilikdə ittiham edir, onun “karyera naminə əsas prinsiplərindən imtina etdiyini” iddia edirlər. Lakin qəzetin həmsöhbətləri bildirir ki, Rubio xarici siyasət sahəsində təkcə dəyərlərindən imtina etməyib, əksinə, onları daha fəal müdafiə edib.

“Çin, Rusiya, Ukrayna və İranla bağlı biz ABŞ-ın daha aktiv xarici siyasət yürütməsinin və Amerikanın dünyadakı rolunun təsdiqlənməsinin şahidi oluruq. Bu da əsasən dövlət katibinin prezidentə və administrasiyanın digər üzvlərinə hər gün verdiyi yüksək səviyyəli tövsiyələr sayəsində mümkün olub”, deyə Rubionun keçmiş köməkçisi və dostu FT-yə açıqlamasında deyib.

The Telegraph qəzetinin məlumatına görə, Trampın Rusiya ilə bağlı mövqeyinin sərtləşməsində onun Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog və Marko Rubio həlledici rol oynayıblar. Bundan əlavə, qəzet yazır ki, Rusiyaya qarşı çıxan respublikaçılar bir neçə ay ərzində prezidentin ritorikasını dəyişməyə çalışıblar. Reuters agentliyi isə yazır ki, Rusiya prezidenti Vladimir Putin Donald Trampın Rusiyadan idxal olunan mallara 100 faizlik gömrük rüsumu tətbiq etməklə hədələməsinə baxmayaraq, Ukraynada hərbi əməliyyatları davam etdirməyə hazırlaşır.

Poliqon.info

Seçilən
79
poliqon.info

1Mənbələr