Azərbaycan təmsilçisi “Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyuna çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə Moldova “Petrokub”u ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək.
Turnirdəki digər təmsilçimiz “Araz Naxçıvan” isə doğma meydanda “Aris”i qəbul edəcək. Görüş saat 20:00-da start götürəcək.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan)
Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (Rumıniya)
“Dalğa Arena”
21:00. “Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan)
Hakimlər: Qal Leiboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (İsrail)
“Zimbru” stadionu