Bakı.Trend:
Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına dairdaşıyıcıların qanunvericiliyin tələblərinə və qaydalara riayətetmələrinə nəzarətin həyata keçirilməsi, eləcə də sürücülərin busahədə maarifləndirilməsi məqsədilə Azərbaycan Yerüstü NəqliyyatAgentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) birgəreyd keçiriblər.
Trend xəbərverir ki, reyd zamanı daşıyıcıların mülkiyyət, icarə vəistifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətininreysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinintəşkili, bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi vəkartlarının mövcudluğu yoxlanılıb.
Buraxılış kartı olmayan 2, sərnişin daşımalarında istifadəolunan formulyarın doldurulmaması ilə bağlı 5 sürücü barədəinzibati xəta haqqında protokol tərtib edilib. Maarifləndiricireydlər davam etdirilir.
Ümumilikdə 40-a yaxın sürücü formulyarların düzgün doldurulmasıvə daşımaların qanunvericiliyə uyğun aparılması barədəməlumatlandırılıb.
Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyintələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyatvasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isətibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanıformulyar doldurmaq tövsiyə olunur.