
Amerikada satışda olan, kadayıflı və fıstıqlı "Dubai şokoladı" ezməsi ciddi sağlamlıq təhlükəsi yaratdı. Bu məhsulu qəbul edən 4 nəfər zəhərlənərək xəstəxanalıq oldu, onlardan biri isə xəstəxanaya yerləşdirildi. Hadisədən sonra ABŞ rəsmiləri təcili hərəkətə keçərək məhsulun bazardan geri çağırılmasına başlayıblar.Minnesota Kənd Təsərrüfatı Nazirliyi 14 iyulda həyata keçirdiyi rutin yoxlamalar zamanı məhsulda salmonella bakteriyası aşkar edib. Bu bakteriya xüsusilə uşaqlar və yaşlılar üçün ölümcül ola bilər. Zəhərlənmənin əsas simptomları arasında qusma, ishal, qızdırma və ürəkbulanma yer alır."Economim" saytının məlumatına görə, məhsul Türkiyədə Emek Gıda tərəfindən istehsal olunub və ABŞ-ın 30 ştatında satışda olub. Bundan başqa, həmin şokolad ezməsinin 30 ölkəyə ixrac edildiyi də açıqlanıb. Rəsmilər istehlakçıları xəbərdar edərək, bu məhsulun dərhal istifadədən çıxarılmasını tövsiyə edirlər.Ulusum.az
Diqqət Çəkənlər
Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ
Ana qəlbinə toxunan şəfalı əllər – bir ürəyə ümid, bir ailəyə sevinc - FOTO
Donald Trampın xüsusi elçisi Qəzzaya yola düşdü