AZ

“Legion Financial” şirkətinin səhmlərinə abunə yazılışı başlayır - TARİX

16 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin 550 min manatlıq səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Bu barədə Birja məlumat yayıb.

Qeyd olunan səhmlərin abunə yazılışı 08.08.2025-ci il tarixində başlayaraq, 10 iş günü davam edəcək və avqustun 21-i yekunlaşacaq. 

Qiymətli kağızların yerləşdirilməsi 27.08.2025-ci il tarixində keçiriləcəkdir.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  “Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ1001025464

Səhmin növü və forması: Adi, adlı, sənədsiz səhm

Ticarət üsulu / forması:  Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı:  5500 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

Buraxılış həcmi: 550 000 manat

Ticarətə buraxılma tarixi:  27.08.2025

Anderrayter: “Unicapital İ.Ş” ASC

Seçilən
181
1
marja.az

10Mənbələr