AZ

Maliyyə problemləri olan rayon klubu fəaliyyətini davam etdirəcəkmi?

«Ağdaş» fəaliyyətini davam etdirəcək. Bu barədə baş məşqçi Ruslan Hüseynov bildirib.

O, saytımızın sosial şəbəkə hesabında II Liqa ilə bağlı xəbərə yazdığı rəydə qeyd edib ki, komandanın dağılması yönündə yayılan söz-söhbətlər əsassızdır.

Yerli müəxəssis qeyd edib ki, ötən iki mövsümdə olduğu kimi, qarşıdakı «futbol ili»ndə də çempionatda mübarizə aparacaqlar.

R.Hüseynov maliyyə sıxıntılarının oldğunuu, «Ağdaş»ı böyük çətinliklə yaşatdıqlarını vurğulayıb.

SPORTİNFO.AZ

Seçilən
98
sportinfo.az

1Mənbələr