AZ

UNİBANK 13 ildən sonra futbola döndü – gedəndə pulları tükənmişdi...

2009-12 aralığında ölkə çempionatının – premyer-liqanın baş sponsoru olan UNİBANK yenidən futbola döndü.

Artıq xəbər verdiyimiz kimi, ölkənin tanınan banklarından biri “Kəpəz”in baş sponsoru oldu. Ötən mövsümün ortalarından kluba sponsorun gələcəyi ilə bağlı məlumatlar var idi, nəhayət, dünən bu gerçəkləşdi. UNİBANK sosial şəbəkədə maraqlı paylaşım edib:
“Bu, sadəcə, klub dəstəyi deyil, Gəncədə yenidən alovlanan futbol həyəcanına, tribunaları dolduran coşquya, gənclərin qəlbində boy atan idman ümidlərinə verilən böyük nəfəsdi. Yaşasın futbol, yaşasın “Kəpəz”, yaşasın bu ruhu yaşadan hər kəs”.
Bəli, UNİBANK Azərbaycan futboluna yad deyil. Üç mövsüm premyer-liqaya sponsorluq edən bank 2012-də maliyyə anlaşlmazlığı səbəbindən işbirliyinin davamından imtina etmişdi. PFL-in sabiq prezidenti Ramin Musayev açıqlamalarının birində belə demişdi:
“Əməkdaşlıq müddətinin uzadılmasına, yəqin ki, büdcə imkan vermədi”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
60
1
football-plus.az

2Mənbələr