AZ

İranda Astara Terminalının layihələndirmə işlərinin 90%-i tamamlanıb

Bakı. Trend:

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikasınasəfəri zamanı Astara Terminalında bu ölkənin Dəmir Yollarınınrəhbəri Cabbar Əli Zakeri ilə görüşüb. Görüşdə terminalın inkişafıilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda aparılantikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirəolunub.

Bu barədə TrendADY-yə istinadən xəbər verir.

Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsaselementlərindən olan Astara Terminalının (İran İslamRespublikasının ərazisində) tikintisi üzrə əsaslı işlər görülüb.Terminalın layihələndirmə işlərinin 90%-i, tikinti-quraşdırmaişlərinin isə təqribən 75%-i başa çatdırılıb. 2025-ci ilinəvvəlində ADY və İran Dəmir Yolları arasında imzalanmış “Astaraterminalının tikintisi və istismar müqaviləsinin icrasına dairStrateji Əməkdaşlıq Planı” terminalda nəzərdə tutulan işlərinvaxtında başa çatdırılmasına təkan verəcək.

Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrəyükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativşəkildə həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldəolunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalınıninşasına start verilib. Tikintisi ADY tərəfindən aparılanterminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinəAzərbaycana icarəyə verilib.

Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başaçatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tonaçatdırılması nəzərdə tutulur.

Məqalədə:
Seçilən
84
22
az.trend.az

10Mənbələr