AZ

QHT sədri: “Qeyri-hökumət təşkilatlarının da peşə bayramı olmalıdır”

Qeyri-hökumət təşkilatlarının (QHT) cəmiyyətdəki rolu və fəaliyyəti uzun illərdir könüllülük, fədakarlıq və ictimai fayda prinsipləri üzərində qurulub. Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova bu sahədə çalışan insanların əməyinə qiymət verilməsinin vacibliyini vurğulayıb.

QHT.az xəbər verir ki, o, uzun müddətdir qəlbində daşıdığı bir arzunu bölüşmək istəyir:

“Kaş ki, QHT-lərin də peşə bayramı günü olardı, onların da əməyinə qiymət verilsə, onlar da mükafatlandırılsa... QHT fəaliyyəti həm çətin, həm məsuliyyətli, həm də qürurverici bir işdir. Ən əsası isə bu sahə tamamilə könüllülük üzərində qurulub. Əslində, QHT sahəsi cəmiyyətə hər kəsdən daha yaxın və daha faydalı bir sahədir. Bu təşkilatlar insanlara ümid olan, cəmiyyətin ehtiyac duyduğu səsi eşidən və dəyişiklik yaradan könüllü gücdür. QHT – qorunan, dəstəklənən və daha ədalətli bir dünya üçün ürəkdən çalışan bir qüvvədir".

Sonda Səadət Bayramova dövlətə çağırış edərək, QHT-lər üçün rəsmi “Peşə bayramı günü”nün təsis olunmasını və fəaliyyəti ilə seçilən, cəmiyyətə faydalı işlər görən qeyri-hökumət təşkilatlarının dəyərləndirilməsini təklif edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
97
qht.az

1Mənbələr