AZ

43 nəfərin olduğu sərnişin təyyarəsi radarlardan itdi

Rusiyanın Amur vilayətində 43 nəfəri daşıyan "An-24" tipli sərnişin təyyarəsi ilə əlaqə itib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunur ki, təyyarə Amur vilayətinin Tında rayonu üzərində radarlardan itib. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi insidentin baş verdiyini təsdiqləyib. Məlumata görə, təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu üzrə hərəkət edirmiş.

Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq olmaqla 43 nəfər, o cümlədən 6 ekipaj üzvü olub.

Kənan
Milli.Az

Seçilən
106
1
milli.az

2Mənbələr