Kardioloq İrina Tarasova xəbərdarlıq edib ki, isti havada dondurma bəzi insanlarda infarkt riski yarada bilər.
Editor.az bu barədə xarici mediaya istinadla yazır.
“İnfarkt soyuq, dondurma, soyuq soda, ani temperaturun dəyişməsi, kontrastlı duşdan sonra, buzlu suya atılma kimi vəziyyətlərdə asanlıqla baş verə bilər”,- deyə həkim xəbərdarlıq edib.
O, bunu onunla izah edib ki, həddindən artıq soyuqluq ürəyi qidalandıran damarlarda spazmlara səbəb ola bilər. Sağlam bir insan ağrı hiss etmir, ancaq damarlar, məsələn, aterosklerozdan təsirlənənlər kimi dəyişdirilərsə, miyokard işemiyası ilə nəticələnən spazmlar baş verə bilər.
“Bu fenomen “vazospastik angina” adlanır. Spazmlar təkcə soyuqdəymədən deyil, həm də siqaretdən, enerji içkilərindən, stressdən yarana bilər, hormonal dalğalanmalar və adrenalin ifrazı səbəbindən vazospastik stenokardiya tutmaları adətən səhər tezdən baş verir”, – kardioloq vurğulayıb.
Onun sözlərinə görə, risk qrupuna 40 yaşdan yuxarı kişilər, menopozda olan qadınlar, hipertoniya, şəkərli diabet, yüksək xolesterin, piylənmə, siqaret çəkənlər daxildir. Sinə ağrısı və ya nəfəs darlığı yaşayanlar, yaxın qohumunda infarkt və ya insult keçirmiş şəxslər də risk altındadır.
“Dondurma ürəyi qanla təmin edən damarların spazmı səbəbindən infarkt üçün “tətik” ola bilər. Bu, infarkt yaratmır, lakin bəzən ürək problemini göstərə bilər və hərtərəfli müayinədən keçməyi zəruri edir”, – deyə həkim izah edib.
Tarasova sonda insanlara başqa heç nə narahat etməsə belə, mütəmadi olaraq kardioloqa müraciət etməyi tövsiyə edib.
//Gülnarə Abasova, Editor.az