"Zirə"nin yeni transferi Brahim Konate "Hayduk"la keçirilən oyunda zədələnib.
Operativ Media xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Rəşad Sadıqov futbolçunun zədəsi haqqında danışıb.
O, Brahim Konatenin təxminən 2-3 həftəlik sıradan çıxdığını bildirib. "Qartallar"ın yarımmüdafiəçisi Xorvatiyada keçiriləcək cavab qarşılaşmasında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Zirə" Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda "Hayduk"la 1-1 hesablı heç-heçə edib.