AZ

Sərnişin təyyarəsi ilə ƏLAQƏ KƏSİLDİ – 40 nəfərin aqibəti BƏLLİ DEYİL 

Rusiyanın Amur bölgəsində “An-24” tipli təyyarə ilə radar əlaqəsi itib.

Referans bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Xabarovsk–Blaqoveşensk–Tında marşrutu üzrə uçan təyyarədə 40 nəfər olduğu və Tında hava limanından bir neçə kilometr aralıda radarlardan itdiyi bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) hadisəni təsdiqləyib. Xilasedicilər artıq Tındinski rayonuna göndərilib, axtarış-xilasetmə əməliyyatı davam edir.

“An-24” əsasən regional uçuşlar üçün istifadə olunan turbovint təyyarədir.

Seçilən
46
referans.az

1Mənbələr