AZ

Luis Enrike Kolo Muanini ehtiyat komandasına göndərdi

PSJ-nin baş məşqçisi Luis Enrike fransalı hücumçu Randal Kolo Muanini əsas komandanın heyətindən kənarlaşdıraraq ehtiyat komandasına göndərib.

90deqiqe.Az-ın "Le Parisien" nəşrinə istinadən verdiyi məlumata görə, mütəxəssis futbolçunu növbəti mövsüm üçün planlarına daxil etmir və klubun onu satmasını gözləyir. H

azırda Kolo Muaninin transferi ilə bağlı rəsmi təklif yoxdur, lakin PSJ rəhbərliyi onun mümkün zədələnməsinin qarşısını almaq və satış prosesinə mane olmamaq üçün ehtiyat komandanın daha yüngül məşqlərinə cəlb olunmasına qərar verib.

Kolo Muani ilə yanaşı, digər icarədən qayıdan futbolçular – ispaniyalılar Karlos Soler və Marko Asensio, slovak müdafiəçi Milan Şkrinyar və fransalı Nordi Mukiyele də ehtiyat komandada məşqlərə başlayıblar.

Xatırladaq ki, 26 yaşlı Randal Kolo Muani ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliyanın "Yuventus" klubunda keçirib. O, Turin təmsilçisinin heyətində 22 oyuna çıxaraq 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Hücumçunun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir. Kolo Muani 2023-cü ilin 1 sentyabrında Almaniyanın "Ayntraxt" klubundan Paris təmsilçisinə 95 milyon avroya transfer olunmuşdu. Transfermarkt portalının məlumatına görə, hazırda futbolçunun bazar dəyəri 30 milyon avro civarındadır.

Seçilən
35
90deqiqe.az

1Mənbələr