AZ

Yaşı 75-i ötən fransızlar istilərdən ölür...


Fransada kəskin istilər ucbatından ölüm halları çoxalıb. Təkcə 19 iyun – 6 iyul tarixlərində Fransada əvvəlki dövrlərlə müqayisədə 480 əlavə ölüm faktı qeydə alınıb. Bu da kəskin istilər dövrünə təsadüf edir. Bu barədə statistikanı Fransanın İctimai Səhiyyə Agentliyi yayıb.

Agentlik hesab edir ki, bu artım anomal istilər səbəbindən baş verib. Zərərçəkənlərin demək olar hamısı yaşı 75-i ötmüş şəxslərdir. Daha dəqiq statistika avqustda elan olunacaq.

Mətləb

Seçilən
96
baki-xeber.com

1Mənbələr