Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadası davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün üç idman növü üzrə mübarizə aparacaqlar.
İdmançılarımız cüdo, badminton və kamandan oxatma yarışlarında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.