AZ

Rusiyada içərisində 46 nəfərin olduğu sərnişin təyyarəsi yoxa çıxıb

Göyərtəsində 46 nəfərin olduğu An-24 sərnişin təyyarəsi Amur vilayətində əlaqə itib.

İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

“Anqara Hava Yollarına məxsus “An-24” təyyarəsi Tynda hava limanından bir neçə kilometr aralıda yerləşən keçid məntəqəsində əlaqə saxlamaq mümkün olmayıb”, - agentliyin mənbəsi bildirib.

Fövqəladə hallar xidmətlərinin məlumatına görə, təyyarə Xabarovsk-Blaqoveşensk-Tynda marşrutu üzrə uçurdu. Təyyarənin axtarışı təşkil edilib.

Fövqəladə Hallar Nazirliyi Amur vilayətində “An-24” sərnişin təyyarəsinin itdiyini təsdiqləyib; Onun axtarışına xilasedicilər göndərilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
122
39
ikisahil.az

10Mənbələr