Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində 8 oyun baş tutacaq.

Offsideplus.az xəbər verir ki, gecənin ən maraqlı oyunu İstanbulda olacaq.

Yerli "Beşiktaş" Avropanın adlı-sanlı klubları arasında yer alan Ukrayna "Şaxtyor"una qarşı mübarizə aparacaq.

Qarşılaşmanı prinsipial edən daha bir məqam "Şaxtyor"a Türkiyə futbolunun yaxın keçmişdə ən güclü oyunçularından biri, gənc məşqçi Arda Turanın rəhbərlik etməsidir.

"Beşiktaş" avrokuboklara bu gün başlayacağı halda, "Şaxtyor" artıq birinci mərhələdə "İlves" (Finlandiya) səddini aşıb - 6:0; 0:0.

Oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.