AZ

Ağdamda yanğın nəzarətə götürülüb

AĞDAM, 24 iyul. TELEQRAF

Ağdam rayonunun işğaldan azad olunan dağlıq hissəsində çıxan yanğın nəzarətə götürülüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, üç gündür rayonun Əliağalı, Yeni Qaralar kənd ərazisində baş verən yanğın FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Hazırda Ağdərə istiqamətində yanğınsöndürmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, yanğın çıxan ərazilər ermənilər tərəfindən mina və partlamamış hərbi sursatlarla çirklənib. Bu səbəbdən də alovun qurudan söndürülməsində çətinlik yaranıb.

FHN yanğının qarşısını helikopterlə almağa çalışır.

Seçilən
18
teleqraf.com

1Mənbələr