Nəşr vurğulayır ki, Ukrayna hakimiyyəti faktiki olaraq antikorrupsiya sisteminə nəzarəti ələ keçirib ki, bu da hüquq müdafiəçiləri və müxalifət siyasətçiləri arasında təşviş yaradıb.
“Ölkədə hakimiyyəti öz əlində cəmləşdirən, parlamentin və regional institutların rolunu zəiflədən prezident administrasiyasının əməllərindən narazılıq da artır. Fəalların iddiasına gröə, rejimi tənqid edənlər qorxudulur, müxaliflər isə Rusiya ilə əlaqələrdə ittiham olunaraq ictimaiyyətin gözündə nüfuzdan salınır”, - qəzetin jurnalistləri bildirirlər.
![]() |
Kiyevdə kütləvi etiraz aksiyaları başlayıb| VİDEO |
Xatırladaq ki, yeni tənqid dalğasına səbəb prezident Ukrayna prezidenti Volodimir Zelenskinin imzaladığı qanun olub. Ali Radanın qəbul etdiyi sənəd antikorrupsiya prokurorluğunun rəhbərliyini Baş prokurora verir və UMAB-dan işlərin başqa qurumlara ötürülməsinə qoyulan qadağanı aradan qaldırır.
Ukrayna mətbuatı bunun həm UMAB-ın, həm də Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi zəiflədəcəyini yazır.
Bu qanunun qəbulu paytaxt Kiyevdə və bir sıra digər böyük şəhərlərdə küçə etirazlarına səbəb olub.
Sahil İsgəndərov
AzVision.az