"Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) keçirilən oyunda ciddi itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki,"qartallar"ın yarımmüdafiəçisi Brahim Konate sıradan çıxıb.
Fransız rəqib oyunçu ilə toqquşaraq çiynindən xəsarət alıb və görüşün 39-cu dəqiqəsində Ceyhun Nuriyevlə əvəzlənməli olub.
Konate səfər matçında da iştirak edə bilməyəcək.
Bunu komandanın baş məşqçisi Rəşad Sadıqov deyib. O, yarımmüdafiəçinin çiyninin çıxdığını bildirib:
"Böyük ehtimalla, səfər matçında meydana çıxa bilməyəcək. Adətən, belə zədələr zamanı futbolçu 1 aya yaxın yaşıl meydanlardan kənarda qalır".
Görüşdə "Zirə"nin yeganə qolunu Konate vurub. Qoldan 5 dəqiqə sonra isə rəqib futbolçu ilə mübarizə zamanı o, çiynindən xəsarət alıb və əvəzlənib. "
Zirə" ilə "Hayduk" arasında cavab görüşü iyulun 31-də Xorvatiyada keçiriləcək.