AZ

Rusiya Müdafiə Nazirliyinin hərbi nümayəndəliyinin zabitinə hökm oxundu

BAKI, 24 iyul. TELEQRAF

Rusiya Müdafiə Nazirliyinin 5481 saylı hərbi nümayəndəliyinin rəisi Sergey Bolqaryevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Sergey Bolqarev sifarişlərin icrası zamanı rüşvət almaq ittihamı üzrə özünü təqsirli bilib.

Daha sonra hökm oxunub. S.Bolqaryev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əsas cəza ilə yanaşı S.Bolgarevdən əvvəlcədən müsadirə olunmuş əmlakı hesabına 14 milyon rubl məbləğində pul vəsaiti də tutulub.

İstintaqa görə, 2017–2023-cü illər arasında Müdafiə Nazirliyi ümumi məbləği 500 milyon rubldan çox olan 10-dan artıq müqavilə bağlayıb. Bu müqavilələrin icrasına Pyatiqorsk İmpuls Zavodu da cəlb olunub.

Sergey Bolqaryevin zavod direktoru Sergey Kuzmenkodan 14 milyon rubl məbləğində rüşvət aldığı iddia olunur.

Qeyd edək ki, "İmpuls" zavodu radiasiya təhlükəsizliyinin monitorinqi üçün aparat – radiometr, dozimetr və spektrometrlər istehsal edir. Zavodun direktoru Sergey Kuzmenko hazırda vəzifəli şəxsə rüşvət vermə ittihamı ilə həbsdədir.

Seçilən
58
teleqraf.com

1Mənbələr