AZ

Benedikt Kamberbetçmükafata layiq görüldü

Bu il Sürix Film Festivalının “Qızıl Göz” mükafatı məşhur britaniyalı aktyor Benedikt Kamberbetçə təqdim olunacaq.

Kulis.az xəbər verir ki, aktyor festival çərçivəsində sentyabrın 29-da keçiriləcək mərasimdə mükafatı şəxsən alacaq.

O, həmçinin festival iştirakçıları üçün xüsusi masterklas da keçirəcək.

Sürix Film Festivalının direktoru Kristian Yunqen Kamberbetç haqqında belə deyib:

“Benedikt Kamberbetç öz nəslinin ən çoxyönlü aktyorlarından biridir. O, həm sənətkarlığı, həm də ekran qarşısında yaratdığı emosional dərinliklə fərqlənir”.

Qeyd edək ki, Sürix Film Festivalı bu il sentyabrın 25-dən oktyabrın 5-dək keçiriləcək.

Seçilən
92
1
kulis.az

2Mənbələr