Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Naxçıvanın xüsusi mənəvi önəm daşıdığını deyib.
"Report"un yerli bürosu xəbər verir ki, səfir bu barədə Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu gün Türkiyənin Bakıdakı səfiri olaraq Naxçıvana ilk rəsmi səfərini həyata keçirib:
"Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyan bir torpaqdır. Bura Ulu Öndər Heydər Əliyevin vətənidir. Eyni zamanda, böyük qurucu lider Mustafa Kamal Atatürkün Türk qapısı adlandırdığı, Türkiyənin Azərbaycanla quru sərhədinin olduğu yeganə bölgədir. Elə bu səbəbdən də “Ümid körpüsünün” açıldığı yer olaraq tarixə düşüb".
MLUMAT YENİLƏNİR