AZ

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

Bakı. Trend:

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevÖzbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəngedib.

Trend xəbərverir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi ad günümünasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeniuğurlar arzulayıb.

Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görəminnətdarlığını ifadə edib.

Azərbaycan və Özbəkistan prezidentləri yüksəksəviyyəliqarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunublar.Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin ölkəmizə dövlətsəfəri çərçivəsində aparılmış səmərəli müzakirələr və imzalanmışsənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi ƏməkdaşlıqTəşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısındaiştirakı qeyd edilib.

Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında qardaşlıq,dostluq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdəuğurlu inkişafına əminliklərini bildirib, ikitərəfli gündəlikləbağlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Seçilən
41
43
az.trend.az

10Mənbələr