AZ

Ukraynaya silah VERİLMƏYƏCƏK

Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT-də TASS-a açıqlamasında bildirib ki, ölkəsi Ukraynaya heç vaxt silah göndərməyib və gələcəkdə də göndərməyəcək.

Bu barədə News24.az TASS-a istinadən xəbər verir. 

“Biz bu müharibəyə cəlb olunmaq istəmirik. Hazırkı hökumət dövründə Macarıstanın əsas məqsədi ölkəni münaqişədən uzaq saxlamaqdır,” – deyə Siyarto vurğulayıb.

O əlavə edib ki, Macarıstan Ukraynaya silah göndərişləri üçün heç bir maliyyə vəsaiti ayırmayacaq və NATO-nun Ukraynaya yardım mexanizmlərində iştirak etmir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyulun 14-də bəyan edib ki, ABŞ Ukraynaya silah yardımını yalnız Avropa bu xərcləri qarşılayacağı təqdirdə davam etdirəcək. Əks halda, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik idxal rüsumları tətbiq olunacaq.

Xeyrənsə Piriyeva

Seçilən
22
1
news24.az

2Mənbələr