39 yaşlı milyonçu filin hücumuna məruz qalaraq ölüb.
Ölkə.Az xarici kİV-ə istinadla xəbər verir ki, hadisə Cənubi Afrikada baş verib.
Belə ki, məşhur safari qoruğu “Qondvana”nın baş direktoru FC Konradi yaşayış yerinə yaxınlaşan fili qovarkən heyvanın hücumuna məruz qalıb.
Daha sonra 6 tonluq fil biznesmeni bir neçə dəfə tapdalayaraq əzib.
Ərazidə olan mühafizəçilərin bütün səylərinə baxmayaraq Konradini xilas etmək mümkün olmayıb.
Qoruğun əməkdaşlarının dediyinə görə, Konradi təbiətə, xüsusən də fillərə böyük sevgi bəsləyirdi və tez-tez onların şəklini çəkmək üçün gəzintiyə çıxırdı.
Faktla bağlı rəsmi araşdırmalara başlanılıb.
Billurə