AZ

Enrike daha bir futbolçunu əvəzedici komandaya göndərdi

ain.az, Qol.az portalına istinadən məlumat verir.

PSJ-nin baş məşqçisi Luis Enrike icarədən qayıdan Randal Kolo Muani ilə bağlıqərarını verib.

QOL.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Mütəxəssis 26 yaşlı hücumçunu əsas komandaya buraxmayıb. O, əvəzedici komanda ilə məşq edəcək.

Enrike klubun Randalı satmağını istədiyi üçün belə addım atıb. Əvəzedici komandanın iş yükünün az olduğu, bu səbəbdən də futbolçuların zədə almaq və başqa kluba keçidi pozmaq riskinin azaldığı qeyd edilir.

Qeyd edək ki, Enrike daha əvvəl Karlos Soler, Marko Asensio, Milan Şkrinyar və Nordi Mukieleni də ehtiyat heyətə göndərmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
1
qol.az

2Mənbələr