AZ

Böyük Dəbilqə:Azərbaycan cüdoçularının rəqibləri bilindi

Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Beynəlxalq turnirdə Azərbaycanı 2 çəki dərəcəsində 3 idmançı təmsil edəcək.

Yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Kişilər

60 kq, 1/8 final

Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə

Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə

66 kq, 1/16 final

Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)

Seçilən
20
fanat.az

1Mənbələr