AZ

ABŞ dövlət katibi Trampı Rusiyaya qarşı sərt mövqe tutmağa sövq edə bildi

ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampı Rusiya, Çin və İrana qarşı daha sərt xarici siyasət xətti tutmağa sövq edib.

Missiya.Az “Financial Times”ə istinadən xəbər verir ki, bu barədə Rubionun adı açıqlanmayan dostu və keçmiş köməkçisi məlumat yayıb.

Mənbə Rubionun öz dəyərlərindən əl çəkmədiyini, əksinə onları müdafiə etdiyini və bunun Çin, İran, Rusiya və Venesuelaya qarşı daha sərt mövqe tutan Trampa təsir etdiyini bildirib.

“Söhbət Çin, Rusiya, Ukrayna və İrandan gedirsə, siz ABŞ-nin intensivləşmiş xarici siyasətini və Amerikanın dünyadakı rolunun bir daha təsdiqini görürsünüz”, - deyə o vurğulayıb.

Qeyd olunub ki, bu Rubionun Prezidentə və administrasiyanın qalan üzvlərinə gündəlik olaraq verdiyi yüksək səviyyəli məsləhətlərlə bağlıdır.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
103
missiya.az

1Mənbələr