AZ

Rusiya təyyarəsindəki bütün sərnişinlər ölüb VİDEO

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiyada içərisində 49 nəfərin olduğu An-24 tipli sərnişin təyyarəsi radarlardan itib.

"Cebheinfo.az"  "Bakupost"-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, “Anqara” aviaşirkətinə məxsus təyyarə Xabarovsk – Blaqoveşensk – Tında marşrutu üzrə uçuş həyata keçirərkən radarlardan itib və hazırda onunla əlaqə qurmaq mümkün deyil.

Amur vilayətinin qubernatoru Vasili Orlovun verdiyi məlumata əsasən, təyyarənin göyərtəsində 43 sərnişin, o cümlədən 6 ekipaj üzvü olub.

İtkin düşmüş təyyarənin axtarışlarına Mi-8 helikopteri və yerüstü axtarış-xilasetmə qrupları cəlb olunub.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

11:05

Rusiyada qəzaya uğrayan təyyarədə olan 43 sərnişin və 6 ekipaj üzvünün hamısı ölüb.

"Cebheinfo.az"  Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.

Qurum əlavə edib ki, təyyarə düşdükdən sonra yanıb.

Axtarış helikopteri Mi-8, ətrafdakı sıx meşəlik səbəbindən yanan təyyarənin yaxınlığına eniş edə bilməyib. Hadisə yerinə piyada axtarış-xilasetmə qrupu yola düşüb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
1
cebheinfo.az

2Mənbələr