Bakı, 24 iyul, AZƏRTAC
Türkiyənin qadınlardan ibarət voleybol yığması bu gün Millətlər Liqasında növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, komanda 1/4 finalda Yaponiya millisi ilə qarşılaşacaq.
Görüş Polşanın Lodz şəhərindəki “Atlas Arena”da Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qrup mərhələsini 8 qələbə və 4 məğlubiyyətlə başa vuran “ay-ulduzlular” turnir cədvəlində 6-cı yeri tutaraq final mərhələsində iştirak hüququ qazanıblar.
Türkiyəli Fərhat Akbaşın baş məşqçisi olduğu Yaponiya seçməsi isə qrup mərhələsində 9 qələbə və 3 məğlubiyyətlə 3-cü pillədə qərarlaşaraq 1/4 finala yüksəlib.
Qeyd edək ki, bu raundda üstün olan tərəf yarımfinalda Braziliya – Almaniya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.