AZ

Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı


ABŞ Ədliyyə Nazirliyi Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın Obama administrasiyası ilə bağlı dediklərini araşdırmaq üçün işçi qrupu yaradacaq. Bu barədə məlumat Nazirliyin yaydığı açıqlamada əksini tapıb. Tulsi Qabbard Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyini göstərən kəşfiyyat məlumatlarının Obamanın göstərişi ilə təhrif olunduğunu bildirmişdi.

Ədliyyə Nazirliyi bəyan edib ki, bu məlumatın yayılması ilə əlaqədar görülə biləcək “potensial hüquqi tədbirləri” də nəzərdən keçirəcək: “Nazirlik kəşfiyyat orqanlarının daxili siyasi mübarizəyə cəlb olunması məsələsinə çox ciddi yanaşır”. Baş prokuror Pam Bondi isə bildirib ki, "biz bu narahatedici ifşaları tam şəkildə araşdırırıq və ədalətə nail olmaq üçün səylərimizdə heç bir faktı kənarda qoymayacağıq".

Mətləb

Seçilən
72
baki-xeber.com

1Mənbələr