AZ

"Tesla"nın xalis mənfəəti kəskin azaldı

"Tesla" 2025-ci ilin ikinci rübündə elektrikli nəqliyyat vasitələrinin satışındakı azalma və vergi güzəştlərinin miqdarındakı kəsintilər səbəbilə xalis mənfəətində 16 faizlik azalma qeydə alıb.

Valyuta.az xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövründə təhvil verilmiş 443.956 avtomobillə müqayisədə bu il 384.122 avtomobilin müştərilərə çatdırılması nəticəsində 13,5 faiz azalıb. 

Bu, “Tesla”nın ümumi gəlirinə də təsir göstərib və şirkətin gəliri illik müqayisədə 12 faiz azalaraq 22,5 milyard ABŞ dollarına enib.

Avtomobil seqmentindən əldə olunan gəlir 16 faiz, enerji sahəsində isə 7 faiz azalma göstərib.

Şirkətin hər səhmə düşən düzəldilmiş mənfəəti 40 sent təşkil edib və bu göstərici analitiklərin proqnozlarına uyğun gəlib. Qeyd edək ki, analitiklər gəlirin 22,4 milyard dollar olacağını gözləyirdilər.

Paşa Məmmədli

Seçilən
40
valyuta.az

1Mənbələr