AZ

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınır

Bu gün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınır.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bumərhələdə ümumilikdə 29 ailə olmaqla 114 nəfər yeni evlə təmin olunacaq.Köçürülən ailələr Bərdə rayonundan7 ailə olmaqla31 nəfər, Goranboy rayonundan 6 ailə 19 nəfər, Yevlax rayonundan 3 ailə 13 nəfər, Gəncə şəhərindən 3 ailə 9 nəfər, Samux rayonundan 2 ailə 9 nəfər, Oğuz rayonundan2 ailə 9 nəfər, Mingəçevir şəhərindən 2 ailə 8 nəfər, Göygöl rayonundan2 ailə 6 nəfər, Bakı şəhərindən1 ailə 6 nəfər və Şamaxı rayonundan 1 ailə olmaqla 4 nəfər, Tərtər rayonundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Tərtər RİH-in nümayəndələri tərəfindən Həsənriz kəndinə yola salındı.
Qeyd edək ki, köçürülən bu ailələr bu günə kimi müxtəlif şəhər və rayonlarda inzibati binalarda məskunlaşan ailələr olub.
Bu köç də nəzərə alınmaqla Həsənriz kəndinə cəmi 159 ailə 566 nəfər köçürülüb.

Seçilən
100
1
teleqraf.com

2Mənbələr