Rusiya Aerokosmik Qüvvələrinin uzunmənzilli aviasiyasının Tu-95MS strateji raketdaşıyıcıları Berinq dənizinin neytral suları üzərində hava məkanında planlı uçuş həyata keçirib. Uçuşun müddəti 15 saatı keçib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bombardmançı təyyarələri Su-35S və Su-30SM qırıcıları müşayiət edib. Bombardmançı təyyarələrin ekipajları uçuş zamanı havada yanacaq doldurublar. Marşrutun müəyyən mərhələlərində strateji raketdaşıyıcıları xarici ölkələrin qırıcıları da müşayiət edib.
Nazirlikdən bildirilib ki, uzun mənzilli aviasiya ekipajları müntəzəm olaraq Arktika, Şimali Atlantika, Sakit okean, Baltik və Qara dənizlərin neytral suları üzərində uçuşlar həyata keçirirlər: “Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinin bütün uçuşları hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət etməklə həyata keçirilir”.
Bəxtiyar CƏFƏRLİ