AZ

Kontakt Home müştərisindən narazılıq- “Kondisioner almışıq, əsəb qazanmışıq”

“Kontakt Home” mağazalar şəbəkəsinin xidmətindən narazı qalan müştəri sosial şəbəkədə sərt şikayət yayımlayıb. AzPost xəbər verir ki, vətəndaşın sözlərinə görə, o, iyulun on yeddisində bu mağazadan kondisioner alıb və satış zamanı cihazın üç gün ərzində quraşdırılacağı vəd edilib. Lakin üstündən bir həftə keçsə də, nə texniki xidmət gəlib, nə də konkret bir məlumat verilib.

Müştəri qeyd edir ki, dəfələrlə zəng etməsinə baxmayaraq, hər dəfə yalnız “məlumat veriləcək” cavabı alıb, lakin nəticədə nə məlumat verən olub, nə də problemi həll edən. Sonuncu dəfə isə müştəriyə bildirilib ki, quraşdırılma beş gün ərzində həyata keçirilir. Müştəri haqlı olaraq sual edir: “Bəs satış təmsilçinizin dediyi 3 gün hara getdi? Əgər səhv məlumat verilibsə, bu sizin məsuliyyətiniz deyilmi?”

Şikayətdə bildirilir ki, ailə artıq neçə gündür ki, evdə gözləmək məcburiyyətində qalıb, çünki hər an ustalar gələ bilər düşüncəsi ilə gündəlik işlərini təxirə salıblar. Vətəndaş sual edir: “Biz niyə sizin məsuliyyətsizliyinizə görə işimizdən-gücümüzdən, istirahətimizdən qalmalıyıq? Müştəri məmnuniyyətiniz yalnız məhsulu satana qədərmi keçərlidir?”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Seçilən
55
azpost.info

1Mənbələr