AZ

İşləməzdən əvvəl 2 dəfə düşünməli olduğunuz şirkətlər

Şəbnəm Zərbiyeva
    İnsan Resursları mütəxəssisi

İşləməzdən əvvəl 2 dəfə düşünməli olduğunuz şirkətlər:

1. Maaş aralığını çox geniş göstərən şirkətlər

Məsələn, 500-2000 AZN yazılıbsa, böyük ehtimal alacağınız pul elə 500 manat olacaq.

2. Tez-tez eyni vakansiya üzrə işçi axtaran şirkətlər (Problemli olduqları üçün əməkdaşlıqlar uzunmüddətli olmur)

3. Vakansiyanın hansısa bir hissəsində “yüksək təzyiq altında işləmə” və “rəhbərin dediyini qeyd-şərtsiz yerinə yetirmək” kimi tələb qoyan şirkətlər

4. Pulsuz sınaq müddəti təklif edən şirkətlər (Pulsuz görəcəyiniz iş sadəcə sınaq müddətində olmayacaq)

5. Kompüter, korporativ nömrə və digər iş avadanlıqları ilə təmin etməyən və ya gələcəkdə baxarıq deyən (baxmayacaqlar) şirkətlər

6. Müsahibədə suallara konkret cavab verməyən, məlumatları gizlədən şirkətlər

7.Kollektivin əhval-ruhiyyəsinin soyuq və ya narazı olduğu şirkətlər

Əziz işaxtaranlar!

Toksik şirkətlər belə xırda detallarda özünü biruzə verir. Odur ki, bu siqnallara diqqət yetirin.

Seçilən
23
valyuta.az

1Mənbələr