AZ

Coy O’Brayen: “Qarabağ”dan qorxduq”

“Şelburn”un baş məşqçisi Coy O’Brayen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsind “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, İrlandiya və Azərbaycan çempionları ötən gün Dublində üz-üzə gəliblər.

Ağdam klubu səfərdə 3:0 hesablı qələbəyə sevinib. Coy O’Brayen ilk matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəticəyə görə məyusam. Əvvəlcə oyuna nəzarəti itirdik. İkinci hissədə oyunu ələ ala bildik, amma hesabı bərabərləşdirməyi bacarmadıq.

Rəqibin sürətini gördük. Belə olacağını bilirdik. Çünki onlar bu səviyyədə oynamağa öyrəşiblər. “Qarabağ”ın topla rəftarı, sürəti, ötürmələri, hər şey yerindədir.

Birinci hissədə bəlkə də rəqibə çox hörmət etdik. Futbol meydanında hörmət qorxu deməkdir. Düşünürəm ki, səhv etməməkdən qorxurduq. Biz fasilədə oyunumuzu dəyişdik, daha çox hücumda olduq və bir neçə qol fürsəti yaratdıq. İki forvardla hücuma çıxdıq. Bu cür fürsətləri dəyərləndirmək lazımdır”.

Baş məşqçi “Qarabağ”ın ikinci qolunda Kadi Borgesin ötürməsini qeyd edib: “Fikrimcə, fiziki cəhətdən yaxşı idik, amma o qol bizim əslində hansı formada olduğumuzu göstərdi. O ikinci qolun ötürməsini verən rəqib futbolçu yəqin ki, meydanda ən yaxşı oyunçu idi. Komanda yoldaşını gördü və ötürməni düzgün hesablayaraq verdi. Amma sonuncu qol bizim səhvimiz idi”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin oyuna saat 20:00-da start veriləcək.

Seçilən
17
6
arena.az

7Mənbələr