AZ

İlon Maskı çətin vaxtlar gözləyir

AzVision.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, “Tesla” şirkətinin maliyyə nəticələrinə həsr olunmuş konfrans-zəngi zamanı qurumun təsisçisi, milyarder İlon Mask belə deyib.

“ABŞ-də elektrikli avtomobil istehsalçılarına qarşıdan gələn dəstəyin itirilməsi gözlənilir,avtopilot texnologiyasının tətbiqi isə uzun prosesdir. Məncə, Tesla yalnız 2026-cı ilin sonuna yenidən “inandırıcı” iqtisadi göstəricilərə nail ola bilər”,- sahibkar vurğulayıb.

“Bloomberg” qeyd edir ki, iyulun 23-də elə Maskın çıxışı zamanı “Tesla”nın səhmləri Nyu-York Fond Birjasında postsatışda 5,3% ucuzlaşıb. Agentliyin hesablamalarına görə, səhmlər mart və aprel aylarının minimumlarından bərpa olunduqdan sonra bu il dəyərini artıq 18% itirib.

Şirkətin gəliri 12% azalaraq 22,5 milyard dollara düşüb ki, bu da ən azı on ilin ən kəskin azalmasıdır. Şirkət avtomobil tədarükünün aşağı olması və elektrik avtomobillərinin orta qiymətinin enmasindən zərər çəkib. İyul ayında “Tesla” qlobal avtomobil satışlarının son rübdə 13,5% azaldığını və çatdırılma proqnozlarını qaçırdığını açıqlayıb.

Şirkət, həmçinin enerji istehsalı və saxlanmasından əldə edilən gəlirin azaldığını, eləcə də tarif xərclərinin təxminən 300 milyon dollar artdığını bildirib.

“Trampın tariflərinin “Tesla” şirkətinə təsirinin gələn rüblərdə daha da güclənəcəyi gözlənilir”,- agentlik yazır.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
67
1
azvision.az

2Mənbələr