AZ

Monteneqroda meşə yanğınları davam edir

Podqoritsa, 24 iyul, AZƏRTAC

Monteneqronun cənub-qərbində yerləşən Lovçen milli parkı ərazisində dağlıq ərazidə meşə yanğını baş verib.

AZƏRTAC xəbər verir ki, əraziyə yanğınsöndürən briqadalar və təyyarə cəlb olunub. Geniş əraziyə yayılan yanğının nəzarət altına alındığı bildirilir.

Ölkənin Çetinye və Kotor şəhərlərinin yaxınlığında da meşə yanğınları davam edir. Güclü külək yanğınla mübarizəni çətinləşdirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Seçilən
99
azertag.az

1Mənbələr