AZ

Yasamalda səki parkinqə çevrilib – Piyadalar təhlükədə- FOTO

AzPost-un redaksiyasına Yasamal rayonu, Akim Abbasov küçəsində yaşayan vətəndaşlardan şikayət daxil olub. Bildirilir ki, 125A ünvanında – “Bazarstore” marketin qarşısı və Yasamal parkının yanı piyadalar üçün nəzərdə tutulmuş səki avtomobillərlə zəbt edilib.

Vətəndaşların sözlərinə görə, marketin qarşısında qanunsuz parklama nəticəsində səkidə uşaq arabası ilə hərəkət demək olar ki, mümkün deyil. Halbuki yaxınlıqda yerləşən Yasamal parkına hər gün çox sayda valideyn uşaqları ilə gəlir və səkinin bu şəkildə zəbt olunması ciddi narahatlıq və təhlükə yaradır.

Şikayətçilər bildirir ki, piyadalar avtomobil yoluna çıxmağa məcbur qalır. Bu isə xüsusilə körpə uşaqlarla hərəkət edən ailələr üçün təhlükəni ikiqat artırır. Sakinlər dəfələrlə həm marketə, həm də aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

“Parkinq insanların həyatından vacib deyil. Əgər park salmaq üçün yer yoxdursa, bu, piyadaların hüququnu pozmağa haqq vermir,” – deyə vətəndaş vurğulayıb.

Vətəndaşlar aidiyyəti dövlət qurumlarından məsələyə müdaxilə etməyi istəyir.

AzPost.az

Seçilən
21
azpost.info

1Mənbələr