AZ

Türkiyə klubu rusiyalı müdafiəçi ilə müqavilə bağladı

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Antalyaspor" rusiyalı müdafiəçi Georgi Cikiyanın transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Türkiyə klubu 31 yaşlı müdafiəçi klubu ilə bu ilin iyununda müqavilə imzalasa da, FİFA-nın qadağası səbəbindən "Antalyaspor" transferi başa çatdıra bilməyib. Futbolçulara olan borclar ödənildikdən sonra qadağanın aradan qaldırılması planlaşdırılırdı.

İyulun 23-də "Antalyaspor"la Makedoniya "Tikveş"i (0:0) arasında keçirilən yoldaşlıq oyununda Cikiya meydana çıxıb.

Qeyd edək ki, Cikiyanın son klubu "Ximki" olub. Müdafiəçi 2024/25 mövsümündə Moskva vilayətinin təmsilçisinin heyətində 19 matçda meydana çıxıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
113
sport24.az

1Mənbələr