AZ

Xarici maliyyə mənbələrindən Azərbaycana yatırılan investisiyaların həcmi 31%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında xarici maliyyə mənbələrindən əsaskapitala 2,003 milyard manat məbləğində investisiya edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən470,7 milyon manat və ya 30,7% artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların1,403 milyard manatı neft-qaz sektoru, 600 milyon manatı isəqeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk altıayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindənAzərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmişinvestisiyaların həcmi 5,8%, qeyri-neft-qaz sektoru üzrə isə 2,6dəfə artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 8,073 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiyayönəldilib.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 13,5 faiz artıb. Ümumi sərmayənin 4,067 milyard manatı və ya50,4 faizi məhsul istehsalı sahələrinin, 2,672 milyard manatı (33,1faizi) xidmət sahələrinin, 1,333 milyard manatı (16,5 faizi) isəyaşayış evlərinin tikintisinin payına düşüb.

Məqalədə:
Seçilən
62
2
az.trend.az

3Mənbələr