AZ

Rusiyada 56 nəfərin adına bir milyondan çox SİM kart qeydiyyata alınıb

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi ölkədə qeydiyyatdan keçmiş 1,2 milyon aktiv SİM kartı olan 56 nəfəri müəyyən edib və onların istifadəsi çox güman ki, hüquq-mühafizə orqanlarının diqqətini cəlb edir.

Herbiand.az bildirir ki, bunu nazir Maksut Şadayev prezident Vladimir Putinlə hökumət üzvləri arasında keçirilən görüşdə bildirib.

“Diqqəti cəlb etmək istərdim ki, bu iş bizə 1,2 milyon aktiv SİM kartı qeydiyyatda olan 56 nəfəri müəyyən etməyə gətirib çıxardı. Hesab edirik ki, hüquq-mühafizə orqanları buna diqqət yetirməlidir, çünki, çox güman ki, onlardan hansısa fəaliyyət növündə istifadə olunur”, - deyə Şadayev qeyd edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
70
herbiand.az

1Mənbələr