AZ

AzMİU məzunları “YÜKƏLİŞ” müsabiqəsinin qalibləri sırasında (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş”müsabiqəsinin beşinci mövsümünün qalibləri bəlli olub. 20 nəfərinqalib elan olunduğu builki müsabiqədə Azərbaycan Memarlıq və İnşaatUniversitetinin (AzMİU) məzunu Numrəddin Hüseynov da var.

Numrəddin Hüseynov 2014-cü ildə AzMİU-nun Tikinti iqtisadfakültəsinin menecment ixtisasını bitirib. Hazırda o, özəl sektorda– Bakcell şirkətində Marketinq Kommunikasiyalar şöbəsinin rəisivəzifəsində çalışır. Onun bu uğuru AzMİU-da formalaşan peşəkarpotensialın və liderlik bacarıqlarının parlaq nümunəsidir.

AzMİU-nun məzunu olmuş digər qalib isə Əli Kərimlidir. O,Türkiyənin İstanbul Texniki Universitetində mexanika mühəndisiixtisası üzrə bakalavriat, ADA Universitetində biznesin təşkili vəidarə edilməsi ixtisası üzrə magistratura, Azərbaycan Memarlıq vəİnşaat Universitetində isə sahə iqtisadiyyatı ixtisası üzrəaspirantura/doktorantura təhsili alıb. Hazırda dövlət sektorunda –Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) qruprəhbəri vəzifəsində çalışır.

Müsabiqənin final mərhələsi 2025-ci ilin iyul ayında “Baku EkspoMərkəzi”ndə baş tutub. Ümumilikdə 124 finalçı arasında keçirilənseçim nəticəsində 20 nəfər ən yüksək bal toplayaraq qalib elanolunub. Onların 42.86 faizi dövlət, 57.14 faizi isə özəl sektordafəaliyyət göstərir.

“Yüksəliş” müsabiqəsi qeydiyyat, onlayn, əyani, yarımfinal vəfinal olmaqla 5 mərhələdən ibarətdir. Yarımfinal mərhələsindəiştirakçılar strateji düşüncə, effektiv liderlik, qərarvermə,nəticəyönümlülük, innovativlik, komanda işi, etika və digərsəriştələr üzrə qiymətləndirilib. Finalda isə iştirakçılar “İdarəçirollar modeli” əsasında ekspertlərin dəyərləndirməsindən keçib.

Qiymətləndirmə prosesi beynəlxalq səviyyədə qəbul olunmuş vəobyektivliyi ilə seçilən “Assessment Conference” metodu əsasındatəşkil olunub. Bu metod iştirakçıların performansına kompleksyanaşma tətbiq edir və yekun qərarların kollegial əsasla qəbuledilməsini təmin edir.

Qaliblər tanınmış rəhbər şəxslərin mentorluğu ilə bir illikfərdi inkişaf proqramına qoşulmaq və 20.000 manat məbləğində pulmükafatı qazanmaq imkanı əldə edirlər.

Qeyd edək ki, beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi iləbağlı Sərəncam Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cüil tarixində imzalanıb.

Bu uğur AzMİU-nun yüksək təhsil standartlarının, yetişdirdiyikadrların dövlət və özəl sektorda rəqabətqabiliyyətli olduğunu birdaha təsdiqləyir.

AzMİU
AzMİU
Seçilən
125
1
az.trend.az

4Mənbələr