AZ

İngiltərə Krallıq Ailəsində Ağır İtkı: 20 yaşlı Rosie Roche evində ölü tapıldı

İngiltərə

İngiltərə Krallıq Ailəsini dərin sarsıdan hadisə baş verdi. Şahzadə William və Şahzadə Harrynin əmisi qızı Rosie Roche, İngiltərənin North Yorkshire bölgəsindəki Norton qəsəbəsində yerləşən evində 14 iyul tarixində ölü tapıldı. Polis mənbələri ingilis mediasına bildiriblər ki, gənc qadının meyiti anası və bacısı tərəfindən aşkar edilib. Hadisə yerində atəşli silah da tapılıb.İlkin araşdırmalara görə, hadisədə üçüncü şəxsin iştirakı aşkarlanmayıb. İngiltərə Məhkəmə Tibb İdarəsinin nümayəndəsi Grant Davies “The Sun” qəzetinə açıqlamasında bildirib ki, polis ölümün şübhəli hal təşkil etmədiyini, başqa şəxsin müdaxiləsi olmadığını qiymətləndirib. Bu isə gənc qadının həyatına öz əli ilə son vermiş ola biləcəyi ehtimalını gücləndirir.Rosie Roche hələ həyatı yeni başlayanda Durham Universitetində İngilis Ədəbiyyatı fakültəsində təhsil alırdı.Ulusum.az

Diqqət Çəkənlər

Ana qəlbinə toxunan şəfalı əllər – bir ürəyə ümid, bir ailəyə sevinc - FOTO

Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin

Diz ağrısının səbəbi yalnız travma deyil

Seçilən
64
ulusum.az

1Mənbələr