AZ

Alen Simonyan Marqarita Simonyanı “iyrənc məxluq” adlandırdı

“Budur, Rusiyada bu gün “çirkinlərin sirki”ndən daha bir iyrənc məxluq ortaya çıxıb və ölkəmizin suveren işlərinə burnunu soxmaqdan əl çəkmir. Erməni köklərinə istinad etməyə çalışsa da, əslində Ermənistan və erməni xalqı ilə soyadının "yan" sonluğu istisna olmaqla heç bir bağlılığı yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan özünün “Telegram” kanalında Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyana xitabən yazıb.

Onun sözlərinə görə, Simonyan vaxtaşırı informasiya məkanında peyda olur, Ermənistan rəhbərliyini təhqir edir, insanları ölkəmizdə mitinqə çağırır, hakimiyyəti devirməyə səsləyir, eyni zamanda yalan məlumatlar yayır, ölkəyə və insanlara hədə-qorxu gəlir:

“Ümumiyyətlə, elə təəssürat yaranır ki, adıçəkilən “sirkin” daxilində olimpiada başlayıb. Şüarı da belədir: Daha yalançı, daha iyrənc və daha alçaq.

Və Simonyan bu “olimpiada”da növbəti qızıl medal uğrunda mübarizə aparır.

Əslində isə bu, ölkəmizə qarşı aparılan hibrid müharibənin növbəti təzahürüdür. Yaxın günlərdə ölkəmizdə seçkilər keçiriləcək, bizə qarşı köpüklənmiş ağızla hürənlərin sayı gündən-günə artacaq, lakin sonda o ağız iniltisiylə birdəfəlik bağlanacaq”.

Bizim.Media

Seçilən
102
bizim.media

1Mənbələr