BAKI, TurkicWorld
Türkiyənin Sakarya rayonunda başlayan və Biləcikə çatan və dünən səhər saatlarında böyük ölçüdə nəzarət altına alındıqdan sonra külək səbəbiylə yenidən böyüyən meşə yanğınının söndürülməsi üçün işlər davam etdirilir.
TurkicWorld xəbər verir ki, iyulun 20-də Geyvenin Hacılar Məhəlləsində meşəlik ərazidə başlayan və ertəsi gün Biləcik Osmaneli rayonu sərhədini keçən yanğının tam nəzarət altına alınması üçün işlər fasiləsiz davam edir.
Osmaneli rayonunun Səlçik kəndində alovların yayıldığı və ehtiyat tədbiri olaraq təxliyə edilən bir neçə evi söndürən qruplar alovun digər evlərə keçməsinin qarşısını almaq üçün səylə çalışıb.
Kənd ətrafında sıx tədbir görən qruplar bölgədə söndürmə işlərini davam etdirir.
Qeyd edək ki, meşə yanğını səbəbindən hər iki istiqamətdə müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanan Sakarya-Biləcik avtomobil yolunun Mekece-Vezirhan hissəsi yenidən nəqliyyata açılıb.
Yanğın nəticəsində Osmaneli rayonunda sıx tüstü yaranıb. Rayonda dörd gündür davam edən meşə yanğınının törətdiyi dağıntılar pilotsuz uçan aparatla qeydə alınıb.
Geniş ərazini əhatə edən yanğınla əlaqədar Biləcik tərəfindəki Kızılöz, Büyükyenice, Kazancı, Borcak, Medetli, Cicilər və Selçik kəndləri boşaldılıb.